Şamaxıda bıçaqlanma hadisəsi olub

Şamaxı rayonunda bıçaqlanma hadisəsi olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fevralın 24-də Şamaxı rayonunun Nağaraxana kəndində kənd sakini İmran Məmmədov münaqişə zəminində həmkəndlisi Fərman Mirzəyevə bıçaqla xəsarət yetirib. Məlumatda bildirilir ki, Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31