İki nəfərin ölümünə səbəb olan sürücüyə ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nurəddin Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıbLent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə N. Baxışov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçən il Siyəzən rayonu ərazisində baş verib. Bakı istiqamətində hərəkətdə olan 32 yaşlı Ağdaş rayon sakini Nurəddin Baxışovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər 56 yaşlı Sumqayıt sakinin Şahbazova Möhübbət İsa qızı və 57 yaşlı Rusiya vətəndaşı Hüseynov Hamil Şakir  oğlu dünyasını dəyişib. 3 nəfər isə, müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Qəza zamanı dünyasını dəyişən Hamil Hüseynov Rusiya Federasiyasının Petrozavodski şəhərində Azərbaycan icmasının sədridir. Hadisənin baş verməsinə yüksək sürət səbəb olub. Yoldan çıxan nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq magistraldan 50 metr kənara düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31