Bakıda inzibati binada yanğın olub

Bakı şəhəri, Binəqədi rayonunda dördmərtəbəli inzibati binada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan mətbəxində 3 ədəd soyuducu yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31