Neftçalada dəhşətli qətl
Yeznə qaynını bıçaqlayıb öldürdü
3 May 2012 13:45 KriminalNeftçalada dəhşətli qətl hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a rayon prokurorluğundan məlumat verilib. Hadisə rayonun Həsənabad qəsəbəsində baş verib. Qəsəbə sakini Zaur Əsgərov qaynı, Fərhad Əhədovla mübahisə edib. Mübahisənin davaya çevrilməsi isə qətllə nəticələnib. Zaur Əsədov qaynına bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Hadisəni törədən Zaur Əsgərov saxlanılıb. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31