Nefçalada inzibati binada yanğın baş verdi
24 Fevral 2015 18:43 KriminalNefçalada inzibati binada yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Mirzəqurbanlı kəndində ümumi sahəsi 300 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada sahəsi 40 kv.m olan 2 otağın birində tavan 10 kv.m sahədə yanıb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31