Abşeronda ev sahibi evində yanıb
14 Sentyabr 2012 15:00 KriminalAbşeronda ev sahibi evində yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, hadisə sentyabrın 13-də gecə saat 02.30 radələrində Abşeron rayonunda baş verib. Rayonun Məhəmmədli qəsəbə sakini Hafiz Rüstəmlinin evində qəfil yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, H.Rüstəmli isə yüngül yanıq xəsarəti alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31