Axtarışda olan şəxsdən narkotik vasitə aşkar edildi
24 Fevral 2015 17:06 KriminalDövlət Gömrük Komitəsində açılmış əməliyyat-axtarış işi üzrə axtarışda olan Şöhrət Rəhmənovun Lənkəran rayonunun Göyşaban kəndində olduğu barədə Astara Gömrük İdarəsinə məlumat daxil olub. Sözügedən ərazidə müvafiq tədbirlər həyata keçirilib. DGK-dan verilən məlumata görə, gömrük əməkdaşları tərəfindən Lənkəran rayonu Göyşaban kəndi ərazisində saxlanılan həmin kənd sakini Ş.Rəhmənovun idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı onun avtomobilinin salonunda, siqaret qutusunun içərisindəki 1 ədəd bükümdə xalis şəkisi 0,121 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə isə xalis şəkisi 0,205qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31