Bakıda “ZİL” “Toyota”nı tapdaladı, tanınmış hüquqşünas öldü

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. "OLAYLAR"ıln nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda "Toyota" markalı minik avtomobili və "ZİL" markalı yük avtomobili toqquşması barədə məlumat daxil olub.  Nəticədə, "Toyota" markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü - 1960-cı il təvəllüdlü Əzizov Akif Novruz oğlu hadisə yerində vəfat edib. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 20:17-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31