Qobustanda ağır qəza, iki nəfər öldü
14 Sentyabr 2012 14:31 KriminalQobustan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirlyin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı yolunun 70-ci kilometrliyində baş verib. Vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili digər vətəndaşa məxsus "Oka" markalı minik avtomobili ilə toqquşub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb və "Oka" markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin hadisə yerində ölüb. "Mercedes" markalı avtomobilin sürücüsü isə xəsarət alıb və yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.