Keçiddəki bağlama Bakını qarışdırdı

FHN əməkdaşlarının aşkarladığı torbada təhlükəli əşya olmayıb

Fövqəladə Hallar Nazirliyi mayın 2-də  Bakıda aşkarlanan şübhəli bağlama ilə bağlı məlumat yayıb. "OLAYLAR-ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakının  Nərimanov rayonu ərazisindəki piyada keçidində şübhəli əşyanın olması barədə məlumat daxil olub. Dərhal qurum mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, bundan sonra şübhə yaradan torbaya baxış keçirilib. Bağlamada təhlükəli əşya aşkar edilməyib. Əməliyyat saat 19:37-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31