Keçiliyevin evindən narkotik vasitələr və hərbi sursat götürülüb

Balakən rayon sakini evindən narkotik vasitələr və hərbi sursat götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gərəkli kənd sakini Nurəddin Keçiliyevin evindən 1 kiloqram 297 qram marixuana, 20 ədəd dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu, 255 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etidirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31