Qazaxda tapança ilə gəzən şəxs saxlanılıb

Qazax şəhər sakininin avtomobilindən pnevmatik tapança götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sərxan Məmmədovun idarə etdiyi "BMW" markalı avtomobildən pnevmatik tapança aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31