Arif Yunusun həbs müddəti daha 5 ay artırılıb
23 Fevral 2015 17:05 KriminalBu gün Nəsimi Rayon Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb. APA-nın məlumatına görə, məhkəmə A. Yunusun həbs müddətinin 5 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Ötən il avqustun 5-də həbs edilən A. Yunusun barəsində məhkəmə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Oktyabr ayında həmin müddət fevral ayına kimi artırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31