Qar 2 nəfərin ölümünə səbəb oldu
Salyan rayonunda təbii hadisə faciələrlə yadda qalıb
23 Fevral 2015 14:57 KriminalSalyan rayonunda yağan güclü qar 2 nəfərin ölümünə səbəb olub. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Dünən 1963-cü il təvəllüdlü Mamed Alməmməd oğlu Alməmmədova məxsus istixana uçub. Hadisə yerinə gələn sahibkar olanları görərkən şoka düşüb. Hadisədən şoka düşən Mamed Alməmmədovun vəziyyəti qəfil pisləşib. O, dünyasını dəyişib. Digər ölüm hadisəsi də uçqun nəticəsində qeydə alınıb. Belə ki, evlərin birinin çardağını qar basıb. Ev sahibi 43 yaşlı Bayram Şamil oğlu Əzizov çardağı təmizləmək istəyib. Bu zaman çardağ uçub. Hadisə nəticəsində Bayram Əzizov dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31