Gədəbəydə tükürpədici qətl

Evin gəlinini döyüb öldürdülər

Gədəbəy rayonunda evin gəlini döyülərək öldürülüb. Rayon Prokurorluğundan  verilən məlumata görə, 51 yaşlı Ramil İmanıyev dünən Gədəbəy rayon Polis Şöbəsinə gələrək ağır cinayətini etiraf edib. O deyib ki, yaşadıqları evdə 47 yaşlı qardaşı arvadı Lətifə Sahibovanı döyərək öldürüb.Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31