DİN Kürdəmirdə polisin xidməti otağında özünü öldürməsi ilə bağlı məlumat yayıb
23 Fevral 2015 13:20 KriminalPolis baş serjantı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev "Makarov" markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb. Hadisə yerinə baxış zamanı "Makarov" markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31