Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus qarajın üstündəki tikili yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 20 kv.m olan qarajın üstündəki ümumi sahəsi 6 kv.m olan tikili yanıb. Qaraj yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31