Avtobusda cibgirlik edən şəxs tutulub

Bakıda avtobusda vətəndaşların pul və sənədlərini oğurlamış şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 12 radələrində, 155 saylı xətt avtobusunda Bakı şəhər sakinləri - Şamil Həsənovun 270 manat və şəxsi sənədlərini cibgirlik yolu ilə talayıblar. Binəqədi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və İstintaq Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Rafik Sadirbəy oğlu Şəydabəyov tutulub. Şübhəli şəxsin üzərindən üzərindən 5,41 qram marixuana aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31