Dəhşətli yol qəzasında ölən 5 nəfərin kimliyi bilindi - YENİLƏNİB

Ələt-Astara yolunun Salyan rayonu Şorsulu qəsəbəsi ərazisində baş verən dəhşətli yol qəzasında ölənlərin adı məlum olub.Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)  APA-ya verilən məlumata görə, fevralın 22-də saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində Lənkəran rayonu Xolmilli kənd sakini, 1958-ci il təvəllüdlü Əliyev Zahid Məmmədağa oğlunun idarə etdiyi "VAZ-2106" markalı, 07-BC-315 dövlət nömrə nişanlı avtomobil Astara rayon sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Elnur Ənvər oğlunun idarə etdiyi "MAZ" markalı, 10-OR-908 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - Lənkəran rayonu Xolmilli kənd sakinləri - 1958-ci il təvəllüdlü Əliyev Talıb Əli oğlu, 1958-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlu, 1958-ci il təvəllüdlü Yaqubov Heydər Əhməd oğlu və 1997-ci il təvəllüdlü Abbaszadə Səidə Mübariz qızı hadisə yerində ölüblər.Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31