Ələt-Astara magistralında dəhşətli qəza: 5 nəfər ölüb

Qəzada ölənlərin şəxsiyyəti dəqiqləşdirilir

Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-si saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində "VAZ 2106" markalı avtomobillə TİR yük avtomobili toqquşub.

Hadisə nəticəsində "VAZ 2106"-da olan 5 nəfər - sürücü və sərnişinlər yerində ölüb.

Ölənlərin adı və digər təfərrüatlar dəqiqləşdirilir.

Hadisə yerində BDYPİ-nin müstəntiqləri araşdırma aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31