Bakıda gənc qız atasının dodaqlarını doğradı
20 Fevral 2015 18:12 KriminalDünən Bakıda ailədaxili dava cinayətlə nəticələnib. Lent.az xəbər verir ki. qafqazinfonun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, fevralın 19-u saat 19 radələrinə Gürcüstan vətəndaşları olan ailədə dava düşüb. Xətai rayonu ərazisində yaşadıqları evdə ata 1970-cü il təvəllüdlü Məzahir Muxtarov, həyat yoldaşı 1973-cü il təvəllüdlü Sevil Mürsoqulova və qızı 1993-cü il təvəllüdlü Aysel bir-birlərini döyüb. Aysel bıçaqla atasının dodaqlarını doğrayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31