Bakıda ana ilə uşağını avtomobil əzdi - Əsəbi zəiflər baxmasınlar VIDEO
13 Sentyabr 2012 19:12 KriminalAzərbaycanda bu ilin 8 ayı nəticəsində baş vermiş yol qəzalarında 34 azyaşlı həlak olub, 159 nəfər isə xəsarət alıb. Trend iki piyadanın vurulması ilə bağlı yol qəzasının videogörüntüsünü təqdim edib. Ürəyi və əsəbləri zəif olanlara görüntüyə baxmamaq tövsiyə olunur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb. Qeyd edək ki, Azərbaycanda bu ilin 8 ayı nəticəsində baş vermiş yol qəzalarında 34 azyaşlı həlak olub, 159 nəfər isə xəsarət alıb. Bu müddət ərzində Bakıda 705 yol-nəqliyyat hadisəsi zamanı 213 nəfər həlak olub, 783 nəfər xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31