Gürcüstan vətəndaşı Azərbaycanda tapança və civə ilə tutuldu
20 Fevral 2015 14:19 KriminalBalakəndə Gürcüstan vətəndaşından tapança, civə və narkotik maddə götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Ziyatxan Əlləzovdan tapança və 2,3 qram civə götürülüb. Onun Balakən şəhərindəki evinə baxış zamanı 1,5 qram tiryək də aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31