Bakıda emalatxana yandı: bir nəfər öldü, bir nəfər yaralandı
20 Fevral 2015 14:12 KriminalPaytaxtın Nizami rayonunda emalatxanada yanğın baş verib, bir nəfər ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın baş verib. Nəticədə 30 kv.m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, E.Sahilov orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31