Bakıda güclü yanğın: ölən və xəsarət alan var
20 Fevral 2015 13:49 KriminalFevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 30 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. E.Sahilov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, hər iki şəxs əmioğlu olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31