Bakıda tanınmış aktyorun qardaşından silah götürüldü

Bakıda silahlı şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal RPİ Narkotiklə Mübarizə Bölməsi, Cinayət Axtarış Şöbəsi və 26-cı PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Elçin Ramazan oğlu Kərimduxtdan naqan tipli "Revolver" markalı silah və 3 ədəd 7,62 mm patron aşkar olunaraq götürülüb.Qeyd edək ki, Elçin Kərimduxt tanınmış aktyor Rövşən Kərimduxtun qardaşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31