İkimərtəbəli bina yandı, 2 nəfər xəsarət aldı
19 Fevral 2015 17:55 KriminalBakı şəhəri, Nizami rayonunda vətandaşa məxsus ikimərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli binanın 1-ci mərtəbəsində dəmir qapı düzəltmə sexinin arakəsmə divarı 8 kv.m və tavanı 4 kv.m sahədə yanıb. Yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 12 kv.m sahədə deformasiyaya uğrayıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Binanın qalan hisəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31