Yanacaqdoldurma məntəqəsində yanğın olub

Göygöl rayonu, Qızılqaya qəsəbəsində vətandaşa məxsus "AZƏR LTD" yanacaqdoldurma məntəqəsində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə yerüstü yanacaq çənlərinin şaxtasında yerləşən elektirik naqilləri 1 p.m yanıb. Yanacaq doldurma məntəqəsinin 2 ədəd 50 tonluq benzin, 1 ədəd 50 tonluq dizel və 2 ədəd 25 tonluq benzin çənləri yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31