Bakıda əmioğlular sexdə yandı

Bakıda dəmir sexində yanğın baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın bu gün saat 11.26-da  Keşlə qəsəbəsində yerləşən dəmir sexində qeydə alınıb. Ümumi sahəsi 500 kv.m olan dəmir sexi 12 kv. m ərazidə yanıb. Yanğın nəticəsində sexdə işləyən  Rövşən Sahilov və əmisinin oğlu Haqverdi Sahilov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31