"Bandotdel" əməliyyat keçirib - xeyli partlayıcı götürülüb
19 Fevral 2015 16:23 KriminalBakıda evdən xeyli miqdarda partlayıcı xassəli sursat aşkar edilərək götürülüb. Lent.az-ın Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində kirayədə yaşayan Saatlı rayon sakini Bakir Əliyevin mənzilindən 400 qram trotil şaşkası, 1 ədəd patron darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31