AMAY rəhbəri məhkəmədə od püskürdü: "Məni danışdırmayın!"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən AMAY rəhbəri Abdulla Abdulayev və digərlərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayevin vəkili Osman Kazımov vəsatət qaldıraq müdafiə etdiyi şəxsin barmaqlıqlar arxasından çıxarılaraq vəkillərinin yanında oturması və barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsini, məhkəmənin audio və video yazıların keçirilməsi tələb edib. O eləcə də sübutların siyahısını çıxarılması ilə bağlı məhkəməyə müraciət edib. İttiham aktının müdafiə tərəfə aydın olmadığı qeyd edilib. Vəkil zərərçəkmişlərin bəzilərinin statusuna xitam verilməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı çıxış edərək sübutların siyahısını məhkəməyə yetərincə təqdim etdiklərini bildirilib. Zərərçəkmişlərin statuslarına xitam verilməsi ilə bağlı məsələdə isə əsassız olduğunu qeyd edib. İttihamçı prokuror onu da qeyd edib ki, istintaq orqanlarının topladığı məlumat əsasında işə məhkəmə baxışına verilib: "Məhkəmənin sübutların əsassız olduğunu halda baraət hökmü çıxarmaq kimi haqqı var".

Vəkil Osman Kazımov bu işi artıq Avropa Məhkəməsinə hazırladığı deyib: "Məhkəmənin çıxardığı istənilən hökmlə bağlı məsələni Avropa Məhkəməsinə çıxaracam".

Daha sonra hakim Əfqan Hacıyev vəsatətlərin təmin edilməməsi iə bağlı qərarı elan edib. Abdulla Abdullayev çıxış edərək bu cur işlər cinayət xarakterli deyil, mülki xarakterli olduğunu deyib: "Cinayətin sübutlarının bağlığını mənə göstərin. Hansı hallarda cinayətləri törətmişəm mənə onu göstərin. Mən burdan ədalət gözləyə bilmirəm. Mən danışsam bəzilərinə pis olacaq. Burda da olmasa, Avropa haqlarımı geri qaytaracam. Məni hər yerdə tanıyırlar, məni danışdırmayın. Hələ ki sizə hörmət edirəm, amma bir vaxta kimi. 25 ildir əziyyət çəkmişəm, indi də adımı dələduz qoyubsunuz. Məni leqallaşma ilə bağlı ittiham irəli sürülüb. Mənim leqallaşma halımı göstərin".

Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər heç biri özünü təqsirli bilməyiblər. Abdulla Abdullayev ittiham aktının ona məlum olmadığını qeyd edib. Məhkəmə prosesi fevralın 26-a təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31