Kürdəmirdə mağazada qumarxana təşkil edilib

Kürdəmir rayonunda mağazada qumarxana təşkil edilməsi müəyyən olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Yenikənd kəndinin ərazisindəki mağazada oranın sahibi İbrahim Əhmədovun qumarxana təşkil etməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31