Kişi qeyri-rəsmi arvadı ilə mübahisədə qonşusunu bıçaqlayıb

Münaqişə zəminində Daşkəsən şəhər sakininə bıçaqla xəsarət yetirmiş şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 18-də Daşkəsən şəhər sakini Əfqan Abdullayev qeyri-rəsmi nikah münasibətlərində olduğu Nailə Cəfərovanın yaşadığı mənzildə olarkən aralarında mübahisə baş verib. Səs-küyə gəlmiş qonşuları Ziyad Alıyev onları sakitləşdirməyə cəhd göstərib, bu zaman Ə.Abdullayev Z.Alıyevə bıçaqla xəsarət yetirib. Daşkəsən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abdullayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31