Bakıda mənzildən partlayıcı maddə və silah-sursat tapılıb
19 Fevral 2015 15:22 KriminalBakıda kirayədə yaşayan Saatlı sakininin mənzilindən partlayıcı maddə, silah və sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində kirayədə yaşayan Saatlı rayon sakini Bakir Əliyevin mənzilindən 400 qram trotil şaşkası, 1 ədəd patron darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31