Türkmənistan vətəndaşı Bakıda əxlaqsızlıq yuvası təşkil edib
19 Fevral 2015 15:18 KriminalTürkmənistan vətəndaşı Bakıda əxlaqsızlıq yuvası təşkil edib. Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkmənistan vətəndaşı Enejan Bayramdurduyevanın gəlir əldə etmək məqsədi ilə paytaxtın Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31