Zaqatalada 8 otaqlı ev yanıb

Zaqatala rayonu, Mazıx kəndində vətəndaşa məxsus 8 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 9 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31