Bakıda 2, Zərdabda isə 3 otaqlı ev yanıb

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ikiotaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 45 kv.m olan ikiotaqlı mənzilin mətbəxində 1 ədəd divan yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 9 kv.m sahədə əriyib. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub. Zərdab şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan üçotaqlı mənzilin 1 otağının qapısı 1 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31