Azərbaycan paytaxtında piyada keçidinə şübhəli bağlamanın qoyulması barədə polisə məlumat daxil olub

Bakının Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən yeraltı piyada keçidində şübhəli bağlamanın olması barədə polisə məlumat daxil olub. Bu barədə polisə ərazidə olan vətəndaşlar zəng edərək məlumat veriblər. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, əraziyə xeyli sayda polis və FHN əməkdaşı cəlb olunub. Keçidə giriş bağlanıb, vətəndaşlar ərazidən uzaqlaşdırılıb. Keçid bağlandığından vətəndaşlar avtomobil yolu ilə keçmək məcburiyyətində qalıblar, bu isə nəqliyyatın hərəkətinə çətinliklər yaradıb.  Hazırda şübhəli bağlamada nə olduğu araşdırılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31