Qəza oldu və iki uşaq anası öldü
13 Sentyabr 2012 18:11 KriminalBu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası yolunun 58-ci kilometrliyində, Xızı rayonunun Şurabad kəndi ərazisində ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. "OLAYLAR" rtv.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 51 yaşlı Zamanov Hüseyn Məhəmməd oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomaşında olan sərnişin, 1982-ci il təvəllüdlü Xaçmaz rayonunun, Qarabağlı kənd sakini İlahə Hüseynova dünyasını dəyişib.İlahə Hüseynova iki uşaq anası idi. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31