Goranboyda yanacaqdoldurma məntəqəsinə basqın olub
18 Fevral 2015 12:50 KriminalKəpəz TV (Region TV) xəbər verir ki, Goranboy rayon Səfıkürd kəndində naməlum şəxs və ya şəxslər Bəhruz Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edərək, orada operator işləyən Elnur Bağırova hədə-qorxu gəlməklə ondan 500 manat pul alıblar. Zərərçəkmişin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis həmin hadisəni törətməkdə şübhəli bilinən Goranboy sakini Rövşən Məmmədlini saxlayıb. Faktla bağlı istintaq işi aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31