Üzünə maska taxıb qadına hücum etdi, polis yaxaladı

Fevralın 16-da üzünə maska keçirməklə H.B.Əliyev yaşayan Nərmin Əzizovanı bıçaqla hədələyərək quldurluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ CAŞ, 19-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Elçin Mirhəsən oğlu Ramazanov tutulub. Şübhəli şəxsin üzərindən avtomatik idarə olunan bıçaq və 2,711 qram tiryək narkotik vasitəsi aşkar olunaraq götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31