Gəncədə sələmçinin evindən 15 min manatlıq qızıl oğurlandı
18 Fevral 2015 12:33 KriminalGəncə şəhəri, Nizami rayonu ərazisində şəhər sakini Məhəbbət Qurbanovanın yaşadığı mənzildən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Xəyal Məmmədov, Emruz Salahov, Adil Qurbanov və Müzəffər Əliyev saxlanılıblar. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Qeyd edək ki, M.Qurbanova Gəncədə sələmçiliyi ilə məşhurdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31