Gəncədə 18 yaşlı gənc baş kəsdi
18 Fevral 2015 11:16 KriminalGəncədə bu gecə ağır qətl hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan Trend-ə bildiriblər ki, 1995-ci il təvəllüdlü Əliyev Şahlar Şahin oğlu qısqanclıq zəminində bacısı ilə münasibətləri olan 1997-ci il təvəllüdlü Hacıyev İmaməddin İmaməli oğlunun başını kəsərək qətlə yetirib. Ş.Əliyev qətli tərətdikdən sonra könüllü olaraq polisə təslim olub. Hazırda cinayətin hansı şəraitdə törədildiyi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31