Özbəkləri seks köləsinə çevirən qadın saxlanılıb
17 Fevral 2015 14:23 KriminalBakıda Özbəkistan vətəndaşları cinsi istismara məruz qalıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İradə Qənbərova həbs edilib. Onun Özbəkistan vətəndaşları olan qadınları Bakı şəhərinə gətirərək cinsi istismara məruz qoyması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31