Lənkəranda 37 nəfərə qarşı 200 min manatlıq dələduzluq
17 Fevral 2015 13:36 KriminalLənkəranda dələduzluğa görə tutulmuş şəxs 37 nəfərdən 200 min manata yaxın pul alıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən il sentyabrın 19-da dələduzluq etdiyinə görə tutulmuş Vüqar Baxşıyevin ətrafında Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü və 2014-cü illər ərzində 37 nəfər Lənkəran rayon sakininin etimadlarını qazanaraq onlardan ümimilikdə 197 min 904 manat alması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31