"Tarqovı"da 15 yaşlı oğlana qarşı cinayət

Yanvarın 26-da Nizami küçəsində (Tarqovıy məsəllə) Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Hüseyin Quluyevin etibarından sui-istifadə edərək mobil telefonunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Salyan rayon sakini, 1998-ci il təvəllüdlü Mirağa Əhədov tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31