Bakıda həyət evlərindən oğurluq edən dəstə ifşa edildi
17 Fevral 2015 12:12 KriminalBakıda vətəndaşlara məxsus həyət evlərindən oğurluq edən 4 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində ayırı-ayırı vətəndaşlara məxsus həyət evlərindən oğurluq edənlər, Bakı şəhər sakinləri - 1985-ci il təvəllüdlü Asif Şahpələngov, 1992-ci il təvəllüdlü Cəlil Həmidov, 1982-ci il təvəllüdlü İqbal Cəbrayılov və 1988-ci il təvəllüdlü İfrail İsmayılov tutulublar. Onların digər oğurluq əməlllərində də iştirak edib-etmədiyi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31