Qayınatasının evindən oğurluq edən şəxs saxlanıldı

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları qayınatasının evindən oğurluq edən şəxsi saxlayıb. Lent.az-ın  məlumatına görə,  24 yaşlı Verdiyev Fuad Yaşar oğlu  qayınatasının evinə girərək seyfdən qızıl-zinət əşyalarını oğurlayaraq qaçıb. Polis əməkdaşları tez bir zamanda Yaşar Verdiyevi saxlayıb.  İlkin dindirilmə zamanı o, qızılları sataraq 274 manat əldə etdiyini və borclarını qaytarmaq üçün  xərclədiyini bildirib. Faktla bağlı Binəqədi Rayon Polis  İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31