Binəqədidə üzərində narkotik olan şəxs saxlanıldı

Bakının Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Müşfiq qəsəbəsi sakini Mürşidov Eldar  Hafiz oğlunun cibində iki ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkarlanıb. Dindirilmə zamanı E.Mürşidov narkotik vasitəni özünün istifadəsi üçün aldığını bildirib. Faktla bağlı Binəqədi Rayon Polis  İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31