Azərbaycanda ağır yol qəzası: 2 nəfər öldü
13 Sentyabr 2012 14:21 KriminalŞəmkirdə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən cümə axşamı Trend-ə bildirilib ki, sentyabrın 12-si gecə saat 23:50-də rayon ərazisində "VAZ 21154" markalı minik avtomobili aşıb.
Nəticədə avtomobilin 1990-cı il təvəllüdlü sürücüsü və onun 1987-ci il təvəllüdlü sərnişini hadisə yerində ölüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31